Masallıda ölümlə nəticələnən avtoqəza olub

Masallıda ölümlə nəticələnən avtoqəza olub
Dostuna göndər xəbərdən agah olsun:

Masallı rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  bildirilib ki, sentyabrın 7-də saat 02 radələrində Ali Mamedov idarə etdiyi “Vaz 21074” markalı avtomobillə Masallı rayonunun Şıxlar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Nəticədə avtomobildə olan 13 yaşlı sərnişin aldığı xəsarətlərdən xəstəxanada ölüb. Sürücü isə müxtəlif bədən xəsarətləri alıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45