Əli İnsanov barəsində məhkəmə qərar verib
Əli İnsanovun məhkumluğu götürüldü.
Qafqazinfo xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi keçmiş səhiyyə nazirinin müraciətini təmin edib. Hakim Vüsal Tağıyevin qərarı ilə Əli İnsanovun məhkumluğu üzərindən götürülüb.
Sabiq səhiyyə naziri 2005-ci ildə 11 il azadlıqdan məhrum edilmişdi. Eks-nazirə 2016-cı ildə əlavə 7 il 5 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi.
Prezidentin 2019-cu ildə imzaladığı Əfv Sərəncamı ilə Əli İnsanov azadlığa buraxılıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45