Yasamalda ötən gün axşam saatlarında avtoqəza baş verib

Yasamalda ötən gün axşam saatlarında avtoqəza baş verib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumat verir ki,

Müşahidə kameralarının qeydə aldığı bu yol-nəqliyyat hadisəsi ötən gün axşam saatlarında Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində baş verib. Qəza zamanı 1 ədəd piyada svetoforu yararsız hala düşüb. Bəzi sürücülərin avtomobil idarə edərkən sürət həddinə əməl etməməsi, svetoforun qırmızı işığından keçməsi bu qurğunun və onun idarəetmə qutusunun yararsız hala düşməsi ilə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Cari ilin əvvəlindən bu vaxta qədər avtomobil qəzaları nəticəsində 20-dən çox svetofor sıradan çıxıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45