TƏBİB Zərdabda gənc qızın əməliyyatdan sonra ölümünün ilkin səbəbini açıqlayıb
TƏBİB Zərdabda 19 yaşlı qızın əməliyyatdan sonra ölümünün ilkin səbəbini açıqlayıb.
TƏBİB-dən cavab olaraq bildirilib ki, sentyabrın 4-ü saat 17:00 radələrində 2005-ci il təvəllüdlü şəxs (qadın) Zərdab Rayon Mərkəzi Xəstəxanasına muraciət edib.
“Diaqnostik və labarotor müayinələr aparıldıqdan sonra, xəstəyə laparoskopik appendektomiya əməliyyatı icra olunub”, – qurumdan bildirilib.
Qeyd olunub ki, daha sonra xəstə qənaətbəxş vəziyyətdə Cərrahiyyə şöbəsinə köçürülüb:
“Bu zaman onun hemodinamik göstəriciləri norma daxilində olub. Bu gün səhər saat 07:00-da xəstənin vəziyyəti anidən ağırlaşdığından dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan reanimasiyon tədbirlərə və həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb2.
(055) 436-46-45