Misir Prezidenti Türkiyəyə səfərini yeni dostluq səhifəsinin açılması kimi qiymətləndirib
Misir Prezidenti Əbdülfəttah əs-Sisi Ankaraya səfərini Türkiyə ilə ölkəsi arasında yeni dostluq səhifəsinin açılması kimi qiymətləndirib.
“CNN Türk”ə xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Bugünkü səfərim və bundan əvvəl Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Qahirəyə səfəri iki ölkə arasında yeni dostluq və əməkdaşlığın başlanması üçün iradənin təzahürüdür”, – o söyləyib.
Qeyd edək ki, Əbdülfəttah əs-Sisi Türkiyədə rəsmi səfərdədir. Bu, Misir Prezidentinin 12 ildən sonra Türkiyəyə ilk səfəridir.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45