Ukraynada 3 nazir və fond rəhbəri istefa ərizəsi yazıb

Ukraynada 3 nazir və fond rəhbəri istefa ərizəsi yazıb
Dostuna göndər xəbərdən agah olsun:

Ukraynada 3 nazir və fond rəhbəri istefa ərizəsi yazıb.

Bu barədə “RBC-Ukraine”ya  xəbər verir.

Belə ki, strateji sahələr üzrə naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ekologiya nazirliyinin rəhbəri Ruslan Strelets, Dövlət Əmlakı Fondunun rəhbəri Vitali Koval Ali Radaya istefa ərizəsi təqdim ediblər.

Bütün müraciətlərə növbəti plenar iclaslardan birində baxılacaq.

Qeyd edək ki, 2020-ci il martın 4-də Ali Rada Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib, Denis Malyuska Ukraynanın ədliyyə naziri təyin edilib.

Ruslan Strelets 14 aprel 2022-ci ildə ekologiya və təbii sərvətlər naziri vəzifəsini daşıyır.

Aleksandr Kamışin isə 2023-cü il martın 21-də Ukraynanın strateji sənaye naziri təyin olunub. O, həm də Prezident Volodimir Zelenskinin müşaviri vəzifəsini tutur.

Vitali Koval isə Dövlət Əmlak Fondunun rəhbəri kimi 2023-cü il noyabrın 21-dən çalışır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45