Biznes üçün hansı sahə yaxşıdır?
Biznesdə uğur qazanmaq asan deyil. Lakin doğru sahə istiqamətini götürməklə siz şansı daha da artıra bilərsiniz.
Fundera şirkəti bu yaxınlarda maliyyə qərarları barədə özəl hesabat dərc edib. Müxtəlif məlumatları təhlil edərək, şirkət mütəxəssisləri, “ yaxın 10 ildə sürətlə inkişaf edib yüksək gəlir qazandıra biləcək” ən perspektivli sahələrin siyahısını hazırlayıb.
Diqqət etsək görəcəyik ki, bunlar bir o qədər də iri sahələr olmasalar da ən sürətlə inkişaf edən və ən çox gəlir gətirən sahələrdir. Siyahıya inkişaf tempi 118-135% diapazonunda proqnoz edilən və səhmlərinin mümkün qiymət artımı 56-296% həddində olan sənaye sahələri daxildir.
10.Nəqliyyat
Ən yaxşı istiqamətləri: Avtonom və elektrik avtomobillər, ağıllı şəhərlər
Bu sahəyə özü idarə olunan avtomobillər (sahənin potensial məbləği 3,6 trilyon dollardır) və birləşmiş seqmentlər, həmçinin şəhər planlamasındakı dəyişikliklərdən qazanacaq olan şirkətlər daxildir.
9.Daşınmaz əmlak
Ən yaxşı istiqamətləri: Onlayn broker xidmətləri və onlayn-dizayn, daşınmaz əmlak sahəsində texnologiyalar
Hesabatda qeyd olunub ki, bu sahədə yeniliklər ləng aparılır. Bu, müasirləşdirmə üçünməhsuldar mühit yaradır. Əsas inkişafçılar (tikinti ilə sıx əlaqəli) daşınmaz əmlak agentləri ( insanlar və ya robotlar), daşınmaz əmlak menecerləri, icarəçilər və müvafiq xidmətləri göstərən digər şirkət və insanlar olmalıdırlar.
8.Maliyyə
Ən yaxşı istiqamətləri: “Fintech” və kriptovalyutalar
Ən yaxşı istiqamətləri: Otellər və keyfiyyətli qida məhsullarının çatdırılması
Ən yaxşı istiqamətləri: Yaşayış binaları, iri infrastruktur layihələri, inşaat texnologiyaları
Bu sahədə əsas imkan yaşayış binalarının özünün tikintisi və binaların yaxşı inşa edilməsini təmin edən inşaat texnologiyaları ilə əlaqəlidir. McKinsey araşdırması proqnoz edir ki, 2025-ci ildə dünya əhalisinin üçdə biri təhlükəsiz və rahat evlərə ehtiyac duyacaqlar. Bu da belə evlərin tikintisi ilə məşğul olan şirkətlər üçün misli görünməmiş imkanlar açır.
5.Pərakəndə ticarət
Ən yaxşı istiqamətləri: Elektron kommersiya, kortəbii və fərdi pərakəndə ticarət
Hesabatda göstərilir ki, bu sahənin əsasını interneti adi pərakəndə ticarətlə birləşdirən biznesin yaradılması təşkil edir. İstehlak malları sahəsini nümunə gətirərək deyə bilərik ki, ən sürətlə inkişaf edən riteylerlər artıq bunu başa düşüblər.
4.Mediya
Ən yaxşı istiqamətləri: Oyunlar, virtual reallıq, çoxlu televiziya verilişləri
Heç bir digər sahə media sənayesi qədər sürətlə dəyişmir. Bundan başqa, bu seqmentdə yüksək artım tempi kompyuter oyunlarında və virtual reallıqda özünü göstərir.
Ən yaxşı istiqamətləri: Neft və qaz, mə’dən, qaz emalı və effektiv energetika
Bu sahənin üç əyani üstünlüyü var: davamlılığa və səmərəliliyə ehtiyac, dövlət siyasəti probleminin həlli və əhalinin sayının artması tələbinin çoxluğu. Bu mənada o, çox perspektivlidir.
2.Səhiyyə
Ən yaxşı istiqamətləri: Biotexnologiyalar, sağlamlıqla bağlı məlumatların idarəsi və sağlamlığın fərdi qorunması
Fundera mütəxəssisləri gələcək sahibkarlara məsləhət verirlər ki, səhiyyə sahəsindəki məlumatlara əsaslanan problemlərin rahat və fərdiləşdirilmiş həllinə yönəlsinlər. Beləcə onlar xəstəxanalar və ilkin tibbi xidmət qurumları ( son zamanlar onları rentabelliyin azalması və bağlanma təhlükəsi gözləyir) kimi ənənəvi tibb təşkilatları ilə rəqabət apara bilərlər.
1.Texnologiyalar
Ən yaxşı istiqamətləri: Bulud hesablama, maşın öyrənmə, süni zəka, böyük məlumatlar
(055) 436-46-45