Xankəndidəki seçki məntəqəsinin sədri: Seçki tam şəffaf şəraitdə davam edir
Xankəndi şəhər 122 saylı Seçki Dairəsinin 14 saylı Seçki Məntəqəsinin sədri İmran Mirzəyev seçkilərin tam şəffaf şəraitdə davam etdiyini bildirib.
“Report”un Qarabağa ezam olunmuş müxbirinə danışan məntəqə sədri qeyd edib ki, hazırda seçicilər yüksək fəallıqla səsvermə prosesində iştirak edirlər.
“Səsvermədə əsasən Xankəndidə çalışan və müxtəlif işlərlə bağlı şəhərimizə ezam olunmuş vətəndaşlar iştirak edirlər. Məntəqədə seçki prosesini izləyən yerli və xarici müşahidəçilər üçün yüksək şərait yaradılıb və bu saata qədər hansısa bir qanun pozuntusu qeydə alınmayıb”, – deyə o bildirib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45