Sentyabrda Bakıda və Abşeronda havanın orta aylıq temperaturu 21-23 dərəcə olacaq

Sentyabrda Bakıda və Abşeronda havanın orta aylıq temperaturu 21-23 dərəcə olacaq
Dostuna göndər xəbərdən agah olsun:

Bakıda və Abşeronda sentyabrda havanın orta aylıq temperaturu 21-23 dərəcə olacaq.

Milli Hidrometrologiya Xidmətindən  bildirilib ki, ayın əvvəlində ölkə ərazisində hava şəraitinin mülayim, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 24-29 dərəcə isti, bəzi günlərdə 32-34 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 12-23 mm).

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45