Altı ayda avtomobil qəzalarında ölən və yaralananların sayı açıqlandı
Azərbaycanda 2023-cü ilin yanvar-iyun aylarında avtomobil yollarında 780 və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz az yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Qeyd olunur ki, bu hadisələr nəticəsində zərərçəkən şəxslərin sayı 4,8 faiz azalaraq 1056 nəfər olub. Onlardan 387-si həlak olub, 669-u yaralanıb.
Hadisələrin 44,3 faizi gündüz, 39,4 faizi gecə, 16,3 faizi isə toran vaxtı baş verib. Bu hadisələrin 29,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45