Ötən yeddi ayda sahibsiz heyvanların səbəb olduğu yol qəzalarında 4 nəfər ölüb

Ötən yeddi ayda sahibsiz heyvanların səbəb olduğu yol qəzalarında 4 nəfər ölüb
Dostuna göndər xəbərdən agah olsun:

Bu ilin yeddi ayı ərzində sahibsiz heyvanların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrində 4 nəfər həyatını itirib, 2 nəfər isə xəsarət alıb.

 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

DİN xatırladıb ki, qanunvericilikdə mal-qaranın yolda nəzarətsiz qoyulmasına, asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə, mal-qaranı və at arabasını sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə məsuliyyət nəzərdə tutulub və belə qəzalar zamanı mal-qara sahiblərinin məsuliyyətdən kənarda qalmaması üçün kəsərli tədbirlər görülür.

 

Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi yol qəzalarının səbəbləri içərisində sahibsiz ev və ya vəhşi heyvanın vurulması hallarının aktual olduğunu nəzərə alaraq sürücüləri də hərəkət zamanı diqqətli və baş verə biləcək qəfil hadisələrə qarşı hazırlıqlı olmağa çağırıb.

 

Bizim WhatsApp kanalımıza

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45