Səbail rayonunda yolların asfaltlanması işləri davam edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşların rahat yaşayışının təmin edilməsi məqsədilə respublikamızın bütün ərazilərində, o cümlədən Səbail rayonunda aparılan abadlıq və quruculuq işləri mərhələli şəkildə həyata keçirilir.
2024-cü il ərzində Səbail rayonu ərazisində yolların asfaltlanması ilə əlaqədar görülən işlər çərçivəsində Bibiheybət qəsəbəsi, Namiq Quliyev küçəsi boyunca asfalt örtüyünün bərpa edilməsi işlərinə başlanılmışdır.
Qeyd edək ki, son 6 il ərzində Səbail rayonunun müxtəlif ünvalarında 70 km-dən artıq yolların asfaltlanma işləri aparılmışdır. Cari il ərzində təmirə ehtiyacı olan yollarda əsaslı təmir işlərinin davam etdirilməsi və yolların asfalt örtüyü ilə təmin edilməsi işləri mərhələli şəkildə həyata keçiriləcəkdir.
(055) 436-46-45