Xırdalanda sərnişin avtobusları qırmızı işıqda keçib təhlükə yaratdılar
Xırdalanda sərnişin avtobuslarının sürücüləri kobud qayda pozuntusuna yol veriblər.
Xırdalanda sərnişin avtobusları sürücülərinin kobud qayda pozuntusuna yol vermələri ilə bağlı daşıyıcı şirkətin nümayəndəsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) dəvət edilib.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq AYNA-dan verilib.
Qeyd olunub ki, “Sahil” MMC-nin müvəqqəti istismarında olan 517 nömrəli marşrut avtobusunun və “F. Rövşən” İstehsalat Müəssisəsinin müvəqqəti istismarında olan 515 nömrəli marşrut avtobusunun sürücüləri sərnişindaşıma və təhlükəsizlik qaydalarını kobudcasına pozublar.
“Bununla bağlı hər iki daşıyıcı şirkətin nümayəndəsi AYNA-ya dəvət olunub. Onlara sürücülər barədə ciddi ölçü götürmək tapşırığı verilib. Məsələ ilə bağlı daşıyıcı şirkət tərəfindən müvafiq tədbir görüləcək”, – deyə açıqlamada bildirilir.
(055) 436-46-45