KTMT: Qərb Cənubi Qafqazda təsirini artırmağa çalışır

KTMT: Qərb Cənubi Qafqazda təsirini artırmağa çalışır
Dostuna göndər xəbərdən agah olsun:

Mərkəzi Asiya regionunda və Cənubi Qafqazda vəziyyət gərgin olaraq qalır.

Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargahının rəisi Andrey Serdyukov brifinqdə deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz regionunda vəziyyət Qərbin burada öz təsirini artırmaq istəyi və nizamlanmamış ərazi problemlərinə görə mürəkkəbdir: “Mərkəzi Asiya regionunda beynəlxalq terrorizm, ekstremizm, silahların, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz yayılması ilə bağlı risklər və çağırışlar yüksək səviyyədə qalır. Bu da təşkilata üzv dövlətlərdə sabitliyin olmasına əsas təhlükə yaradır”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45