Naxçıvanda bu il sosial müavinət və Prezident təqaüdü alanlara 40 milyon manat ayrılıb

Naxçıvanda bu il sosial müavinət və Prezident təqaüdü alanlara 40 milyon manat ayrılıb
Dostuna göndər xəbərdən agah olsun:

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 17 min 418 nəfər sosial müavinət, 16 min 597 nəfər isə Prezidentin aylıq təqaüdü ilə təmin edilib.

Bu barədə Muxtar Respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məlumatında deyilir.

 

Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 23 milyon 895,663 min manat, Prezident təqaüdləri üzrə 16 milyon 354, 417 min manat ödənilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45