Özbəkistana səfər edən azərbaycanlı turistlərin sayı 10 min nəfərə yaxınlaşıb

Özbəkistana səfər edən azərbaycanlı turistlərin sayı 10 min nəfərə yaxınlaşıb
Dostuna göndər xəbərdən agah olsun:

Bu ilin yanvar-iyul aylarında 9,6 min Azərbaycan vətəndaşı Özbəkistana turizm məqsədilə səfər edib.

Özbəkistanın Statistika Agentliyinə xəbər verir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 min nəfər və ya 19,8 % artıb.

 

Hesabat dövründə 5 657 Azərbaycan vətəndaşı Özbəkistana istirahət, 3 362 nəfər qohumları ziyarət etmək, 9 nəfər müalicə, 3 nəfər təhsil almaq məqsədilə səfər edib, 543 nəfərin səfəri isə xidməti məqsədli olub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45