81 saylı İmişli seçki dairəsi üzrə ən yaşlı seçicinin 112 yaşı var
81 saylı İmişli seçki dairəsi üzrə yaşı 100-dən yuxarı olan 1 nəfər Milli Məclisə növbədənkənar keçirilən seçkilərdə səs verəcək.
1912-ci il təvəllüdlü Məmmədova Cahan Həsən qızıdır. 112 yaşlı seçici rayonun Qaraqaşlı kəndində yerləşən 29 saylı seçki məntəqəsində qeydiyyatdadır.
Qeyd edək ki, 81 saylı İmişli seçki dairəsində 7 namizəd qeydə alınıb. İki namizəd partiya tərəfindən, 5 namizəd isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 50 244 seçicisi olan seçki dairəsinin hüdudları daxilində 52 seçki məntəqəsi mövcuddur. Altı məntəqədə veb kameralar quraşdırılıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45