Kanadada uşaqlar arasında göy öskürək xəstəliyinə yoluxmalar artıb

Kanadada uşaqlar arasında göy öskürək xəstəliyinə yoluxmalar artıb
Dostuna göndər xəbərdən agah olsun:

Kanadanın bir sıra əyalətlərində əsasən uşaqlar arasında olan göy öskürək xəstəliyinə yoluxma hallarının əhəmiyyətli dərəcədə artımı qeydə alınıb.

Bu barədə “The Canadian Press” xəbər yayıb.

Belə ki, Kvebek əyalətində ilin əvvəlindən 11,6 mindən çox xəstəliyə yoluxma halı qeydə alınıb, halbuki 2015-2019-cu illərdə bu rəqəm orta hesabla ildə cəmi 562 hal olub. Ontarioda ilin əvvəlindən bəri 470 nəfər göy öskürəyə yoluxub, halbuki son beş ildə orta hesabla ildə 100 halı keçməyib. Xəstəliyin artması Nyu-Brunsvik əyalətində də qeydə alınıb. Xəstəliyə yoluxanların əksəriyyəti 10-14 yaş arası uşaqlar, yeniyetmələrdir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45