Məzahir Pənahov: Harada seçicilərlə görüş imkanı var idisə, orada da yer ayrıldı
Seçkilərə hazırlıq, namizədlərin qeydə alınması normal səviyyədə həyata keçirildi.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurum sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, sənədləri yerində olmayan iddiaçılardan başqa müraciət edən hər kəsin namizədliyi qeydə alındı:
“Təşviqat mərhələsinə gəlincə, çox geniş imkanlar yaradıldı, harada seçicilərlə görüş imkanı var idisə, orada da yer ayrıldı. Ona görə təşviqatla əlaqədar heç bir müraciət daxil olmadı”.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45