Bakıda avtomobil 39 yaşlı piyadanı vurub
Bakının Nizami rayonunda 39 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
1985-ci il təvəllüdlü Babayeva Nərmin Ağamehdi qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45