Azərbaycan Premyer Liqası: Bu gün IV tura yekun vurulacaq

Azərbaycan Premyer Liqası: Bu gün IV tura yekun vurulacaq
Dostuna göndər xəbərdən agah olsun:

Bu gün Azərbaycan Premyer Liqasında IV tura yekun vurulacaq.

 

Turun son oyun günündə iki qarşılaşma baş tutacaq.

 

“Sabah” klubu Masazırda “Sumqayıt”ı qəbul edəcək. Elçin Məsiyevin idarə edəcəyi görüşə saat 18:15-də start veriləcək.

 

“Şamaxı” isə səfərdə “Zirə” klubunun qonağı olacaq. Zirə İdman Kompleksinin stadionunda, Kamal Umudlunun baş hakim olacağı oyun saat 20:30-da başlayacaq.

 

Qeyd edək ki, turun əvvəlki matçlarında “Səbail” “Kəpəz”i 4:0, “Turan Tovuz” isə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” – “Neftçi” görüşündə heç-heçə qeydə alınıb – 1:1.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45