Neftçalada yol qəzası olub, 4 nəfər xəsarət alıb

Neftçalada yol qəzası olub, 4 nəfər xəsarət alıb
Dostuna göndər xəbərdən agah olsun:

Neftçala rayonunda yol qəzası baş verib, 4 nəfər xəsarət alıb.

 

Hadisə rayonun Bankə qəsəbəsi ərazisində qeydə alınıb.

 

Belə ki, avtomobillərin toqquşması nəticəsində Neftçala rayon sakinləri, 1959-cu il təvəllüdlü İsayeva Məhluqə Əbil qızı, 1962 ci il təvəllüdlü İbrahimova İradə Həsənbala qızı, 1988-ci il təvəllüdlü Lalayev Fərrux Ölməz oğlu və Bakı şəhər sakini, 1950-ci il təvəllüdlü Axundova Gülxəndə Həsənbala qızı müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45