Azərbaycanda sənaye məhəllələrinin hər birinin operatoru olacaq

Azərbaycanda sənaye məhəllələrinin hər birinin operatoru olacaq
Dostuna göndər xəbərdən agah olsun:

Nazirlər Kabinetin 13 may 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edib.

 

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

 

Qərara əsasən, Əsasnaməyə “Sənaye məhəlləsinin operatoru” anlayışı daxil edilib. O, müsabiqə əsasında seçilən və bağlanılan idarəetmə sazişi çərçivəsində sənaye məhəlləsinin idarə olunmasını təmin edən hüquqi şəxsdir. Eyni zamanda Əsasnaməyə “Sənaye məhəlləsinin operatorunun müsabiqə əsasında seçilməsi Qaydası” əlavə edilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45