Dinləmə cihazlarına mane olan qolbaq hazırlandı
Məlumdur ki, ağıllı dinamiklər və digər müasir qurğular mikrofonlarla təchiz edilir. Bu, rabitə keyfiyyətini və səs köməkçilərinin işini yaxşılaşdırır, amma eyni zamanda məlumatların sızmasına səbəb ola bilir.
Çikaqo Universitetinin mütəxəssisləri ağıllı elektronika sahiblərinin gizlilik probleminin həllini təqdim ediblər. Qolbaq şəklində hazırlanmış təcrübi cihaz, ultrasəs diapazonunda səs verən 24 dinamiklə təchiz edilib. Cihazın bu xüsusiyyəti sayəsində səs yazısı digər bütün səslərlə qarışır və ümumilikdə səslər toplusuna çevrilir.
Tərtibatçıların dediklərinə görə, “səsboğucu”, hətta gizli mikrofonlarla da mübarizə apara bilir. Qolbaq bir qədər mürəkkəb görünüşə malik olduğu üçün hələ gündəlik geyim kimi istifadə edilə bilmir. Amma alimlər bildiriblər ki, tezliklə qolbağın bu cür istifadəsi mümkün olacaq.
Xatırladaq ki, məhsulun ətrafdakı qacetlərin işinə mənfi təsir edəcəyi də deyilir. Qeyd edək ki, məhsulun qiyməti 20 dollar məbləğində müəyyənləşdirilib.
(055) 436-46-45