AFFA hakimlərə təşəkkürnamə paylayıb

AFFA hakimlərə təşəkkürnamə paylayıb
Dostuna göndər xəbərdən agah olsun:

AFFA və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvanda keçirilən seminardan sonra hakimlərə təşəkkürnamə paylanılıb.

Gün ərzində seminarda iştirak edən hakimlərin nəzəri-praktik, eləcə də fiziki hazırlığı qiymətləndirilib.

Sonda iştirakçılara AFFA Hakimlər Departamentinin təşəkkürnamələri təqdim olunub.

Qeyd edək ki, avqustun 19-dan 22-dək keçirilən seminara AFFA Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev, fitnes məşqçisi Namik Quliyev, Hakimlər Departamentinin mütəxəssisi Bəxtiyar Osmanov və Hakimlər Komitəsinin üzvü Anar Salmanov rəhbərlik ediblər.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45