Malavidə təyyarə qəzasında iki nəfər ölüb

Malavidə təyyarə qəzasında iki nəfər ölüb
Dostuna göndər xəbərdən agah olsun:

Malavidə avqustun 22-də baş verən təyyarə qəzasında iki nəfərin öldüyü təsdiqlənib.

 

Agah. Az “Africanews”a istinadən xəbər verir ki, itkin düşənlər siyahısında olan iki sərnişinin ölümü bu gün təsdiqlənib.

 

Göyərtəsində pilot və iki sərnişinin olduğu təyyarə paytaxt Lilonqvedən təxminən 200 km şimal-şərqdə Nxotakota bölgəsində qəzaya uğrayıb”, – bölgə sözçüsü Vonqani Mkandavire bildirib.

 

Qəza nəticəsində pilot, 50 yaşlı Zimbabve vətəndaşı və Niderlanddan olan 29 yaşlı sərnişin həlak olub. Digər sərnişin, 22 yaşlı Niderland vətəndaşı Şarlotta Lemstra yerli balıqçılar tərəfindən xilas edilib və hazırda vəziyyəti stabildir.

 

Təyyarə “Nyasa Express” şirkətinə məxsus olub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45