Gəncənin bəzi ərazilərində qaz kəsilib
Gəncə şəhərinin bəzi ərazilərində təbii qazın verilişi dayandırılıb.
Buna səbəb 1-ci şəhər xəttində aparılan “kipliyə sınaq” və digər təmir-bərpa işləridir.
Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismar İdarəsindən bildirilib ki, qazın verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45