Nigerdə​​ güclü daşqınlar azı 131 nəfərin ölümünə səbəb olub

Nigerdə​​ güclü daşqınlar azı 131 nəfərin ölümünə səbəb olub
Dostuna göndər xəbərdən agah olsun:

Son həftələrdə Nigerdə ​​baş verən güclü daşqınlar nəticəsində azı 131 nəfər ölüb, 133 nəfər yaralanıb.

 

Bu barədə Nigeriya mətbuatı məlumat yayıb.

 

Qeyd olunub ki, daşqınlar təxminən 32 min evə, yüzlərlə anqar və mağazaya ziyan vurub.

 

Təkcə binanın çökməsi nəticəsində 51 nəfər boğulub, daha 80 nəfər dağıntılar altında qalaraq ölüb.

 

Demək olar ki, 27 min ev və yaşayış binası dağılıb. Paytaxt Niamey də daxil olmaqla Nigerin bütün səkkiz bölgəsini əhatə edən güclü daşqınlara səbəb uzun sürən leysan yağışları olub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45