HƏMAS-ın 40 üzvü öldürülüb

HƏMAS-ın 40 üzvü öldürülüb
Dostuna göndər xəbərdən agah olsun:

İsrail hərbçiləri Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərinin qərbindəki Tell-əs-Sultan bölgəsində döyüşlər zamanı 40 silahlı radikalı məhv ediblər.

 

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

 

Əməliyyat zamanı qumbaraatanla silahlanmış terrorçular da öldürülüb.

 

“Bundan başqa, son 24 saat ərzində İsrail müdafiə ordusu tərəfindən Xan Yunis ərazisində çoxlu sayda terrorçu öldürülüb və bir çox infrastruktur obyektləri dağıdılıb”, – məlumatda bildirilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45