Qusarda odlu silahla qətlə yetirilən şəxs FHN-in sabiq əməkdaşı olub – YENİLƏNİB
Qusarda qətlə yetirilən şəxs Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşıdır.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Ramiq Radik oğlu Əhmədov əvvəllər FHN-də çalışıb və öz arzusu əsasında vəzifəsindən azad olunub.
19.08.2024 21:57
Qusar rayon sakini qətlə yetirilib.
“Report”un Şimal bürosunun məlumatına görə, rayon sakini 1981-ci il təvəllüdlü R.Əhmədovun meyiti tapılıb.
Meyitin üzərinə baxış keçirilən zaman onun odlu silahdan açılan atəş nəticəsində öldüyü məlum olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Cinayət törədən şəxsin və ya şəxslərin axtarışları davam etdirilir.
Qeyd edək ki, R.Əhmədovun iki gün əvvəl evdən çıxaraq geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
(055) 436-46-45