Xaçmazda iki avtomobil toqquşub, xəsarət alanlar var

Xaçmazda iki avtomobil toqquşub, xəsarət alanlar var
Dostuna göndər xəbərdən agah olsun:

Xaçmaz rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə Xaçmaz-Niyazabad avtomobil yolunda qeydə alınıb.

 

Beləki, “Toyota Prado” markalı nəqliyyat vasitəsi qarşı tərəfdən hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobilinə çırpılıb.

 

Qəza nəticəsində Xaçmaz rayon sakinləri – 1995-ci il təvəllüdlü A.Qurbanova, 1996-cı il təvəllüdlü N.Qurbanova, 1987-ci il təvəllüdlü E.Qurbanov, 2014-cü il təvəllüdlü İ.Qurbanzadə, həmçinin Bakı şəhər sakini 1992-ci il təvəllüdlü L.Hümbətzadə müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

 

Yaralılar xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45