Prezident İlham Əliyev DSX-nin şəhid hərbi qulluqçularını təltif edib

Prezident İlham Əliyev DSX-nin şəhid hərbi qulluqçularını təltif edib
Dostuna göndər xəbərdən agah olsun:

Prezident İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) üç əməkdaşını təltif edib.

Dövlət başçısı Vətən müharibəsində şəhid olan gizir Əliyev Rüfət Fizuli oğlunu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, bu il iyun ayında Laçında ildırım vurması nəticəsində həlak olan mayor Baxışlı Baxış Elşən oğlunu “Vətən uğrunda” medalı ilə və onun əsgəri Nağıyev Əli Elşən oğlunu isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edib.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalayıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45