İlham Əliyev: İndoneziya ilə münasibətlərin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk

İlham Əliyev: İndoneziya ilə münasibətlərin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk
Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycan İndoneziya ilə münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət verir.

Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin İndoneziya Prezidenti Coko Vidodoya ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

“İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-İndoneziya əlaqələri, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə birgə fəaliyyətimiz, o cümlədən Bakıda təşkil ediləcək COP29 çərçivəsində əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir”, – dövlət başçısının məktubunda qeyd edilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45