Bakıda yük avtomobili piyadanı vuraraq öldürüb

Bakıda yük avtomobili piyadanı vuraraq öldürüb.
Hadisə paytaxtın Yasamal rayon ərazisində qeydə alınıb.
Elşən Mirzəyev idarə etdiyi “Hyundai H 65” markalı yük avtomobili ilə yolu keçən Əlövsət Lətifovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.