Tyaqo Alkantara “Barselona”nı tərk edib

Tyaqo Alkantara “Barselona”nı tərk edib
Dostuna göndər xəbərdən agah olsun:

Tyaqo Alkantara İspaniyanın “Barselona” klubunun məşqçilər korpusunu tərk edib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

33 yaşlı sabiq futbolçunu Kataloniya təmsilçisinin gənclərdən ibarət komandası ilə işləyən Arnau Blanko əvəzləyib. İyulda karyerasını bitirdiyini elan etdikdən sonra T.Alkantara “Barselona” klubunda baş məşqçi Hans Flikin köməkçisi vəzifəsinə təyin olunmuşdu.

 

Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü Çempionlar Liqasının (2) və Klublararası Dünya Çempionatının qalibi, 7 qat Almaniya, 4 qat İspaniya çempionudur. O, İspaniya millisində meydana çıxdığı 46 oyunda 2 qolla yadda qalıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45