Baş prokuror: Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi davam edir
Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi davam edir.
Bu sözləri Baş prokuror Kamran Əliyev avqustun 16-da Naxçıvanda keçirilən “Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi” mövzusunda” elmi-praktiki konfrans zamanı qeyd edib.
O, Xankəndidən sonra növbəti konfransın Naxçıvanda keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib: “Uzun müddət davam etmiş Azərbaycan və Ermənistan münaqişəsinin gedişatında təəssüflər olsun ki, Araz çayı sahilyanı və dib çöküntüləri kimyəvi və radioaktiv tullantılarla məqsədyönlü olaraq çirkləndirilib və hazırda da bu proses davam etdirilir. Hazırda da Ermənistan ərazisindən keçməklə ölkəmizə daxil olan çayların xüsusən də Araz və onun qolu olan Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi davam edir”.
(055) 436-46-45