Banqladeş XİN 7 ölkədən səfirlərini geri çağırıb

Banqladeş XİN 7 ölkədən səfirlərini geri çağırıb
Dostuna göndər xəbərdən agah olsun:

Banqladeşin müvəqqəti hökumətindəki Xarici İşlər Nazirliyi bir sıra ölkələrdən səfirlərini geri çağırıb.

 

Bu barədə UNB informasiya portalı məlumat yayıb.

 

Məlumata görə, qərar Rusiya, Almaniya, Maldiv adaları, BƏƏ, Səudiyyə Ərəbistanı, ABŞ və Yaponiyadakı səfirlərə aiddir.

 

Qeyd olunur ki, yaxın vaxtlarda bu ölkələrə yeni diplomatik nümayəndələr göndəriləcək.

 

Xatırladaq ki, avqustun 5-də Banqladeşin Baş naziri Şeyx Hasina istefa verib və ölkəni tərk edib. Ona və hökumətinə qarşı etirazlar iyulun əvvəlində yüksək işsizlik səviyyəsindən narazı olan tələbələrin etirazları ilə başlayıb. Onların hərəkətləri geniş vüsət alıb və toqquşmaya çevrilib. Hazırda ölkədə Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun rəhbərlik etdiyi müvəqqəti hökumət yaradılıb. O, avqustun 8-də and içib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45