Salyanda minik avtomobili aşıb, 3 nəfər xəsarət alıb

Salyanda minik avtomobili aşıb, 3 nəfər xəsarət alıb
Dostuna göndər xəbərdən agah olsun:

Salyanda yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.

 

Hadisə rayonun Qarabağlı kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan “Hyundai” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarına aşıb və piyada, rayonun Qarabağlı kənd sakini, 1984-cü il təvəllüdlü Orucov Layiq Faiq oğlunu vurub.

 

Qəza nəticəsində piyada, avtomobildə olan rayonun Qarabağlı kənd sakinləri, 1979-cu il təvəllüdlü Mustafayev Rauf Zabil oğlu və onun qardaşı, 1981-ci il təvəllüdlü Mustafayev Zamin Zabil oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45