Ağstafada 56 yaşlı kişi Kür çayında batıb

Kür çayının Ağstafa rayonundan keçən hissəsində bir nəfərin batdığı ehtimal olunur.
Batdığı ehtimal olunan şəxs, 1968-ci il təvəllüdlü Şıxıyev Rasim Vahid oğludur.
Onun axtarışı üçün əraziyə FHN əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.