Britaniyada iğtişaşlar başlayandan bəri 920-dən çox adam saxlanılıb
Böyük Britaniyada iğtişaşlar başlayandan bəri 920-dən çox adam saxlanılıb.
Bu barədə Milli Polis Rəisləri Şurası (NPCC) məlumat yayıb.
Son məlumata görə, 927 nəfər həbs olunub, 466 şəxsə ittiham irəli sürülüb.
Qeyd edək ki, iyulun sonunda Sautport şəhərində 17 yaşlı yeniyetmənin uşaqlara bıçaqla hücumundan sonra Böyük Britaniyanın bir çox şəhərlərində kütləvi etirazlar başlayıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45