Bakıda bu ilin altı ayı ərzində yol qəzaları zamanı 20 işıqfora zərər dəyib

Bakıda bu ilin altı ayı ərzində yol qəzaları zamanı 20 işıqfora zərər dəyib
Dostuna göndər xəbərdən agah olsun:

Bakıda bu ilin altı ayı ərzində yol qəzaları zamanı 20 işıqfora zərər dəyib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov məlumat verib.

Onun sözlərinə görə, Bakının Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında baş verən yol qəzaları zamanı piyada işıqforu yararsız vəziyyətə düşüb.

“Ötən 6 ay ərzində Bakının müxtəlif küçə və prospektlərində baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində Mərkəzin idarəetməsində olan 20 işqıfora və onun avadanlıqlarına (idarəemə qutusu və s.) ziyan dəyib. Vurulmuş zərər ilə əlaqədar aidiyyəti üzrə sorğular göndərilib”,- o bildirib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45