DTX-nin həbs etdiyi sabiq baş həkim məhkəməyə müraciət edib
Dövlət Təhlükəsizliyi Xidmətinin(DTX) keçirdiyi əməliyyat zamanı həbs edilən Neftçala Mərkəzi Rayon Xəstəxanasının keçmiş baş həkimi Telman Zahidov məhkəməyə müraciət edib.
Sabiq baş həkim müraciətində saxlandığı ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisənə köçürülməsini istəyib.
Onun müraciətinə müraciətinə yaxın günlərdə Xəzər rayon Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Telman Zahidov 2020-ci ildə DTX-nin Neftçalada keçirdiyi əməliyyat zamanı saxlanılıb. O, mənimsəmədə, vəzifə səlahiyyətlərini aşmada təqsirləndirilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsində onun cəzası 6 ilə, Ali Məhkəmə tərəfindən isə cəzası 5 il 6 aya salınıb.
Telman Zahidovun 1 il çəkilməmiş cəzası qalıb.
(055) 436-46-45