Qəbələdə vətəndaşlardan 12 tüfəng götürülüb

Qəbələdə vətəndaşlardan 12 tüfəng götürülüb
Dostuna göndər xəbərdən agah olsun:

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçiriblər.

 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, əməliyyat yolu ilə vətəndaşlardan 7 tüfəng aşkar edilərək götürülüb.

 

Profilaktik tədbirlər nəticəsində isə rayon sakinləri 5 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45