İmişlidə zəncirvari yol qəzası olub, xəsarət alanlar var

İmişlidə zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Dostuna göndər xəbərdən agah olsun:

İmişli rayonunda üç nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

 

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Göbəktala kəndində qeydə alınıb.

 

Belə ki, qəza zamanı “Mercedes”, “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillər toqquşub.

 

Hadisə nəticəsində iki nəfər – Elmdar Savalanov və Ədalət Əmrahov xəsarət alaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45