Salyanda minik avtomobili aşıb, xəsarət alanlar var

Salyanda minik avtomobili aşıb, xəsarət alanlar var
Dostuna göndər xəbərdən agah olsun:

Salyanda minik avtomobili aşıb, xəsarət alanlar var.

 

Hadisə bu gün axşam saatlarında rayonun Noxudlu kəndi ərazisindəki körpünün yaxınlığında baş verib.

 

Minik avtomobilinin aşması nəticəsində Salyan rayon sakinləri – 1996-cı il təvəllüdlü Səmədova Rəqsanə Vidadi qızı, 2001-ci il təvəllüdlü Səmədzadə Xeyrənisə Vaqif qızı, eləcə də şəxsiyyəti hələ məlum olmayan daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45