Naxçıvanda maşın piyadanı vuraraq öldürüb

Naxçıvanda maşın piyadanı vuraraq öldürüb
Dostuna göndər xəbərdən agah olsun:

Naxçıvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Naxçıvan şəhərinin Əlincə məhəlləsində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Naxçıvan şəhər Qaraçuq kənd sakini Nəsir Cahangir oğlu Əliyev 77-KY-516 dövlət qeydiyyat nişanlı “KIA Rio” markalı avtomobillə yolu keçən Ofelya Mirabdulla qızı Seyidovanı vurub.

Zərərçəkmiş Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Naxçıvan şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45