“Sabah”ın baş məşqçisi: Lazımsız səhvlər etdik
Lazımsız səhvlər etdik, vaxtında və tez qərarlar verə bilmədik.
Bunu “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç UEFA Konfrans Liqasının III təsnifat mərhələsində İrlandiya klubu “Sent Patriks Atletik”ə qarşı ilk matçdan sonra mətbuat konfransında deyib.
Mütəxəssis İrlandiya təmsilçisinin qələbəyə layiq olduğunu söyləyib:
“Rəqibi təbrik edirəm. İlk 10-12 dəqiqə ərzində demək olar topa nəzarət tamamilə bizim tərəfimizdə idi. İkinci hissə başladıqdan sonra azlıqda qaldıq. Bütün bunlara baxmayaraq nəticə bizim üçün yaxşıdır. Sadəcə, ilk 90 dəqiqəni uduzmuşuq. Hələ heç nə həll olunmayıb”.
Qeyd edək ki, Dublində keçirilən “Sent Patriks Atletik” – “Sabah” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında cavab qarşılaşması avqustun 15-də baş tutacaq.
(055) 436-46-45