İmişli Rayon Mərkəzi Xəstəxanasının direktoru vəfat edib

İmişli Rayon Mərkəzi Xəstəxanasının direktoru vəfat edib
Dostuna göndər xəbərdən agah olsun:

İmişli Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər Kazımov vəfat edib.

 

Bu gün uzun sürən xəstəlikdən sonra ölüb.

 

Qeyd edək ki, Azər Sadiq oğlu Kazımov 1966-cı il dekabrın 25-də İmişli şəhərində anadan olub.

 

1987-1992-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetinin (ATU) stomatologiya fakültəsində, 1992-1993-cü illərdə isə İmişli rayon Stomatoloji Poliklinikada internatura təhsili alıb. 1992-ci ildən 2002-ci ilə qədər İmişli rayon Stomatoloji Poliklinikasında stomatoloq kimi fəaliyyət göstərib.

 

2002-2021-ci illər ərzində İmişli Rayon Mərkəzi Xəstəxanasında stomatoloq vəzifəsində çalışıb. 2021-ci ildən etibarən həmin xəstəxanada direktorun səlahiyyətlərini icra edən Azər Kazımov 25 noyabr 2022-ci il tarixindən etibarən, tibb müəssisənin direktoru vəzifəsini tutub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45