Bakının 8 Noyabr prospektində hərəkət tam məhdudlaşdırılacaq

Bakının 8 Noyabr prospektində hərəkət tam məhdudlaşdırılacaq
Dostuna göndər xəbərdən agah olsun:

Sabah saat 06:00-dan Bakının Xətai rayonunun 8 Noyabr prospektində (Zığ dairəsindən Sadıqcan küçəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Agah.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45