Növbədənkənar parlament seçkisində 481 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Növbədənkənar parlament seçkisində 481 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
Dostuna göndər xəbərdən agah olsun:

Növbədənkənar parlament seçkisində 481 nəfərin namizədliyi qeydə alınıb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, ümumilikdə 1489 nəfər namizədlik üçün müraciət edib.

“Onlardan 459 nəfər 25 siyasi partiyadan irəli sürülüb, 1 029 nəfər isə fərdi müraciət edib. Bitərəf namizədlər 958 nəfərdir, 531 nəfərin partiya mənsubiyyəti var. 802 nəfər imza vərəqələrini təhvil verib”, – deyə o bildirib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45